"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

V.Səfərov: “Bayramın “Bələdiyyə günü” kimi qeyd edilməsi daha məqsədə uyğundur”

--2016-07-29 / 12:53

Siyəzən rayon Zarat bələdiyyəsinin sədri Vüsal Səfərov Belediyye.infoya  bələdiyyə qulluqçularının peşə bayramıyla bağlı ictimai müzakirəyə çıxarılan  məsələni təqdirəlayiq hal hesab edir.

Onun sözlərinə görə, bayram gününün bələdiyyə sistemiylə bağlı olan şəxslərin hamısına şamil edilməsi üçün sadəcə  onun  “Bələdiyyə günü” kimi qeyd edilməsi daha məqsədə uyğundur.

Nəzərə alaq ki, bələdiyyə qulluqçularının və üzvlərin sayı üst-üstə 30 min nəfərdən artıqdır. Fikrimcə, bu məqamda ayrı-seçkiliyə yol vermək olmaz.

 Belediyye.info

ŞƏRHLƏR